Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
KONKRET.az xəbər verir ki, AQTA-dan “Report”a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən 8 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 54 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla, ümumilikdə 210 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 52-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Bayramoğlu”, “Göyçə”, “Retro”, “Bizim ailə” marketləri, Babayev Şahin Ramazan oğluna, Əliyev Tofiq Şəmil oğluna, Quliyev Vüsal Məhəmməd oğluna, İsmayılov Nemət Binyət oğluna, Hüseynov Vüqar Saleh oğluna, Məhərrəmova Sevin Abduləhəd qızına məxsus ərzaq mağazaları.
Digər şəhər və rayonlar üzrə:
Şirvan şəhərində Əliyev Müşfiq Mahir oğluna, Abbaszadə Mirmövsüm Seyidhüseyn oğluna məxsus kafelər, Hüseynov Əlisevər Həmzə oğluna məxsus restoran.
Sabirabad rayonunda “Lahmacun” kafe, Sultanov Musa Muğan oğluna məxsus kafe, Seyidov Əziz Əzim oğluna məxsus restoran.
Saatlı rayonunda Pənahov Babək Novruzəli oğluna və Əşrəfov Uğur Rasim oğluna məxsus restoranlar, Meybullayev İdavət Məmmədağa oğluna, Kərimov Aydın Nəcəfalı oğluna, Hüseynov Teymur Eldar oğluna, Əzizov Mirhəbib Mirqanı oğluna məxsus kafelər.
Hacıqabul rayonunda Cəfərov Nizami Mirzəxan oğluna məxsus kafe, Məmmədov Mübariz Azər oğluna, Rüstəmov Mikayıl İsmayıl oğluna, Seyidov Orxan Azad oğluna, İsmayılov Arif İsmayıl oğluna məxsus restoranlar, Nurəliyev Sahib Sahil oğluna və Səlimov Sabir Tofiq oğluna məxsus yeməkxanalar.
Neftçala rayonunda Fərziyev Elgün Zakir oğluna, Abbasov Nazim Hüseyn oğluna, Xəlilov Abdulhəsən Məmmədhəsən oğluna məxsus kafelər.
Şamaxı rayonunda Eyvazov Rövşən Yunis oğluna, Vahidov Əhsən Mustafa oğluna məxsus kafelər,
Kürdəmir rayonunda “Anar” yeməkxanası, “Azad” kafesi,
Ağsu şəhərində “Orxan”, “Vüsal” kafeləri,
Masallı rayonunda İbadov Kamran Bahaddin oğluna və Niftullayev Çingiz Balabəy oğluna məxsus ət satışı mağazaları,
Cəlilabad rayonunda Həsənov Arzuman Əli oğluna məxsus ət satışı mağazası,
Naftalan şəhərində “Turan”, “Bahar” kafeləri,
Göyçay rayonunda “Sərin məkan” restoranı, “Röya” kafesi,
Tovuz rayonunda “Xırdalan”, “Tahir”, “Almalı” kafeləri,
Qazax rayonunda “Səda”, “Gülçiçək” kafeləri,
Ağstafa rayonunda “Vurğun”, “Balıq evi” kafeləri,
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.