Bu ölkə 2025-ci ilə qədər qaz ixracını dayandırmağı planlaşdırırbackend

Bu ölkə 2025-ci ilə qədər qaz ixracını dayandırmağı planlaşdırır

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan 2025-ci ilə qədər qaz ixracını dayandırmaq niyyətindədir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri ürə bürosu xəbər verir ki, bunu Baş nazir Abdulla Aripov deyib. Onun sözlərinə görə, qazın emalı və əlavə dəyər məhsullarının istehsalının artırılması planlaşdırılır.

Bu sözləri Baş nazir Abdulla Aripov Liberal Demokratik Partiyasının Siyasi Şurasının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən iclasında deyib.

“2025-ci ilə qədər təbii qazın ixracının və ölkə daxilində tam emalının dayandırılması, əlavə dəyərli məhsul istehsalının genişləndirilməsi üçün tədbirlər görüləcəkdir”, – deyə hökumət başçısı əlavə edib.

Baş nazir vurğulayıb ki, “Eyni zamanda, elektrik enerjisi istehsalı sahəsində alternativ enerji mənbələrindən geniş istifadəyə xüsusi diqqət yetiriləcək”.

Abdulla Aripov qeyd edib ki, iqtisadiyyatın əsas sektorlarından biri olan yanacaq-enerji sektorunun inkişafı yeni səviyyəyə qaldırılacaq. 2030-cu ilə qədər elektrik enerjisi istehsalını təxminən 2 dəfə, neft məhsulları istehsalını 1,8 dəfə, təbii qaz istehsalını 1,2 dəfə, kömür istehsalını 3,3 dəfə artırmaq planlaşdırılır.

Xatırladaq ki, 2019-cu ilin iyul ayında Özbəkistan ilk dəfə qaz ixracının strukturunu dəyişib. Belə ki, 2018-ci ildə respublika 13 milyard kubmetr qaz ixrac edib, 2019-cu ildə isə 15 milyard kubmetrdən çox tədarük müqaviləsi bağlanıb. 2019-cu il üçün qaz ixracının strukturunda Çinə tədarük həcmi 8 milyard kubmetr, Rusiyaya 4.5 milyard kubmetr, Qazaxıstanın cənub bölgələri – 2.5 milyard, Orta Asiyanın digər ölkələrinə 500-550 milyon kubmetr təşkil etməli idi.

Ümumilikdə Özbəkistanda 61 milyard kubmetr qaz istehsal olunur ki, bunun da 35-40 milyard kubmetri “Özbəkneftegaz”ın payına düşür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*