
Meşə sahələrini artırmaqla istixana qazı tullantılarının azaltmaq mümkündür.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı dövlət proqramının hazırlanmasına start verib.
Mütəxəssislərin fikrincə, Qazaxıstanda meşə karbonunun ümumi miqdarı 718,3 milyon tondan çox CO2 ekvivalentində qiymətləndirilir. Meşə örtüyünün 4,6 faizdən 5 faizə qədər artması karbon qazının udulmasına mühüm təsir göstərəcək.
Qeyd edək ki, Qazaxıstan 2016-cı ildə İqlim Dəyişikliyi ilə bağlı Paris Sazişini ratifikasiya edib və özəl sektorun cəlb etdiyi innovativ həlləri səfərbər edərək 2030-cu ilədək istixana qazı tullantılarının emissiyasını 15 faiz azaltmağı vəd edib.
“Bu gün Qazaxıstanda əsas hava çirkləndiriciləri nəqliyyat və enerji sahələridir. Ekosistemlərə yüklənmə hər il artır və təbii karbon lavaları, yəni meşələr olmadan istixana qazlarının konsentrasiyası yalnız artacaq və Paris Sazişinin məqsədlərinə çatmaq demək olar ki, mümkün olmayacaq”.
Tərəfdaşlar Qazaxıstanda istixana qazı tullantılarının azaldılması üçün meşə idarəetmə təcrübəsini inkişaf etdirmək və iqlim dəyişikliyi barədə ictimaiyyətin məlumatlılığını artırmaq üçün çalışacaqlar.
