Bu ölkədə Abenin ölümünə görə matəm elan edildibackend

Bu ölkədə Abenin ölümünə görə matəm elan edildi

Braziliya Prezidenti Jair Bolsonaro Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin vəfatı ilə əlaqədar üç günlük milli matəm elan edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb.

“Yapon xalqına hörmətimizin, Şinzo Abe ilə Braziliyanın dostluğuna görə təşəkkürümüzün və əsassız qəddarlıq qarşısında həmrəyliyimizin əlaməti olaraq bütün ölkədə üç günlük rəsmi matəm elan etdim…”, – Bolsonaro yazıb.

Braziliya lideri Şinzo Abeni “parlaq lider və ölkənin böyük dostu” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*