ABŞ-da koronavirusa yoluxanların sayı 2 007 449-a çatıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, son bir gündə ABŞ-da 18 905 nəfər COVID-19-a yoluxub, 373 nəfər isə dünyasını dəyişib.
Birləşmiş Ştatlarda indiyədək pandemiyadan 112 469 ölüm faktı qeydə alınıb.
Ümumilikdə 761 708 nəfər bu virusdan sağalıb.
