backend

Bu ölkədə də zəlzələ baş verdi

Yanvarın 14-nə keçən gecə Almatıdan 230 kilometr aralıda 4,6 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Seysmik stansiyalar şəbəkəsi 2024-cü il yanvarın 13-də Almatı vaxtı ilə 22 saat 8 dəqiqə 22 saniyədə zəlzələ qeydə alıb. Zəlzələnin episentri Almatıdan 230 kilometr şimal-şərqdə Qazaxıstan ərazisində yerləşib”, – məlumatda deyilir.

Məlumata görə, 4,6 bal gücündə zəlzələ 15 kilometr dərinlikdə baş verib, Qazaxıstanın Jetısu vilayətində (respublikanın cənub-şərqində) Tekeli şəhərinin sakinləri üç bal gücündə təkan hiss ediblər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*