Əfqanıstanda Taliban rejimi hakimiyyəti ələ keçiəndən sonra bir sıra ölkələr vətəndaşlarını və diplomatik nümayəndəliklərini Kabildən çıxarmağa başlayıb.
KONKRET.az xəbər verir ki, bəzi ölkələrin səfirlikləri Əfqanıstanda fəaliyyətlərini davam etdirəcəklər. Sözügedən ölkələrin XİN nümayəndələrinin açıqlamalarına görə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Çin, İran,Tacikistan, Qırğızıstan və İndoneziya səfirlikləri Taliban hökuməti ilə işləməyə davam edəcəklər.
Türkmənistan və Qətər isə qərarını hələ açıqlamayıb.
KONKRET.az
