Şotlandiyada dağ silsiləsində üç turist ölüb.
KONKRET.az xəbər verir ki, Polis şənbə günü turistlərlə əlaqənin olmaması barədə xəbərdarlıq aldıqlarını söyləyib.
Bazar günü başlayan axtarış-xilasetmə əməliyyatı nəticəsində iki kişi və bir qadın cəsədi tapılıb.
Qeyd olunur ki, əməliyyat qatı duman şəraitində aparılıb.
Turistlərin ölüm səbəbi açıqlanmır.
