“Cənubi Osetiyanın Rusiyaya daxil olması respublikaya iqtisadi və siyasi cəhətdən inkişaf etmək, daha da güclənmək imkanı verəcək”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri “Vahid Rusiya” partiyasından deputat Artyom Turov səsləndirib. O, yalnız Rusiya rəhbərliyinin sayəsində 2000-ci illərin sonunda Gürcüstandan guya osetinlərə qarşı yönələn soyqırımın qarşısının alındığını xatırladıb.
“Osetinlər bölünmüş xalqdır və respublika rəhbərinin bəyanatı onların böyük bir millət olması üçün fürsətdir. Bu qərar osetinlərə öz müqəddəratını, gələcəyini və inkişaf vektorunu müəyyən etmək imkanı verir” – Turov vurğulayıb.
“2008-ci ildən Rusiya həmin sərhədlər boyu “qırmızı xətləri” müəyyən edib və öz mövqeyini göstərib. Eyni zamanda açıq şəkildə qərbləşməyə, birləşmiş Qərbin təzyiqlərinə qarşı çıxmağa başlayıb. Təbii ki, bu, tarixi hadisədir. Düşünürəm ki, həm Rusiya, həm də Cənubi Osetiya xalqı bu qərarı dəstəkləyəcək – deyə deputat yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
