Bu partiya Mişustinin namizədliyini dəstəkləmir – SƏBƏBbackend

Bu partiya Mişustinin namizədliyini dəstəkləmir - SƏBƏB

Rusiya Dövlət Dumasının Kommunist Partiyası fraksiyası Baş Nazir vəzifəsinə namizəd Mixail Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyini açıqlayıb.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov bildirib. O, “Kommunist” fraksiyasının Mixail Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyinin səbəbini belə izah edib: “Mişustinin proqramı və Nazirlər Kabinetinin tərkibi məlum deyil”.

“Ədalətli Rusiya” fraksiyası isə M. Mişustinin namizədliyini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması Baş Nazir vəzifəsinə namizədliyi irəli sürülən federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyinə baxacaq. Bu səbəbdən Dumada Mixail Mişustinlə Dumanın fraksiyaları arasında görüş keçirilir. “Vahid Rusiya”, “Liberal Demokratlar” fraksiyaları artıq Mişustinin namizədliyini dəstəkləyəcəklərini açıqlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*