“Bu, Putinin müharibəsidir və yalnız o cavabdehdir” deyərək rusları müdafiə edən Şolza kəskin CAVAB – ÖZƏLbackend

“Bu, Putinin müharibəsidir və yalnız o cavabdehdir” deyərək rusları müdafiə edən Şolza kəskin CAVAB - ÖZƏL

Ukraynanın Prezident Administrasiyası Rusiya vətəndaşlarının xaricdə təqib edilməsinə qarşı çıxan Almaniya kansleri Olaf Şolzun bəyanatına reaksiya verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak belə bir bəyanatın yanlış olduğunu deyib:

“Kansler Şolz öz qərarsızlığına haqq qazandırmağa çalışaraq, müharibənin müəllifi Putinlə sadə rusları ayırmağı təklif edir. Avropada bu, yanlış tendensiyaya çevrilə bilər. Çünki rəsmi olaraq rusların 71 faizi bizim xalqımıza qarşı müharibəni və qırğınları qəti şəkildə dəstəkləyir”, – Podolyak vurğulayıb.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolz xaricdə təqib olunduğu iddia edilən Rusiya vətəndaşlarının müdafiəsinə qalxıb. O, rusların xaricdə təqib edilməsindən narazı olduğunu bildirib.

“Rusiyadan olan insanların təhqir edilməsi, adlarının çəkilməsi və ya fiziki hücumlara məruz qalması qətiyyən yolverilməzdir. Çünki bu, Putinin müharibəsidir. Bunun üçün yalnız o, cavabdehdir”, – Şolz vurğulayıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*