Bu şəhərdə elektrik enerjisinin dəyəri əvvəlcədən ödəniləcəkbackend

Bu şəhərdə elektrik enerjisinin dəyəri əvvəlcədən ödəniləcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan Dövlət Əmlak Komitəsinin rəhbəri Farrux Xamralizoda bildirib ki, artıq paytaxt Düşənbədə elektrik enerjisi əvvəlcədən ödənilməlidir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, üç tacik şirkəti Düşənbə enerji şəbəkələrində nizamın bərpası üçün 88 milyon dollar ayıracaq. Şirkətlər növbəti beş il ərzində Düşənbədə ödəmə (əvvəlcədən ödəmə) əsasında işləyən elektrik sayğaclarının quraşdırılması üçün layihələr həyata keçirmək niyyətindədir.

Bu məqsədlər üçün təxminən 88 milyon ABŞ dolları dəyərində 250 mindən çox yeni elektrik sayğacı alacaqlar.

Layihə bu il 95 min yeni elektrik sayğacının quraşdırılacağı Sino şəhərinin ərazisindən başlayır.

Düşənbədə yeni elektrik sayğacları pulsuz quraşdırılacaq.

Layihə həyata keçirildikdən sonra şəhər şəbəkələrində elektrik enerjisinin texniki itkiləri indiki 19 faizdən 12 faizədək azalacaq.

İstehlak olunan elektrik enerjisi üçün vəsaitin toplanması isə indiki 81% -dən 99 faizə qədər artacaq.

“Layihə başa çatdıqdan sonra investorlar şəbəkələrdə itirilən elektrik enerjisinin miqdarını azaltmaq, istehlak olunan elektrik enerjisi haqqını artırmaq və nəzarətçilərin sayını azaltmaqla layihəyə yatırdığı pullarını faizlə geri qaytaracaqlar”, – deyə F.Xamralizoda vurğulayıb.

Öz növbəsində Tacikistan hökuməti layihənin həyata keçirilməsi zamanı investorları əlavə dəyər vergilərindən, mənfəət və gömrük rüsumlarından azad edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*