Bu səs yazısını dinlədikdə saxta olduğu sezilir – Polkovnikbackend

Bu səs yazısını dinlədikdə saxta olduğu sezilir - Polkovnik

Təqdim edilən radiostansiya danışıqlarını dinlədikdə onun saxta olduğu və hazırda gedən döyüş əməliyyatlarına heç bir aidiyyəti olmadığı asanlıqla sezilir.

KONKRET.az  xəbər verir ki, bu sözləri AzərTac-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

“Ermənistan tərəfinin yaydığı və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya danışıqlarının olduğu iddia edilən səs yazısını bir neçə dəfə diqqətlə dinlədim. Gülüş doğurucudur. Açıq-aydın görünür ki, quraşdırmadır. Praktikada “radio məşq” deyilən anlayış mövcuddur. Lakin onların hazırladıqlarının sadəcə bir adı var : saxtakarlıq. Səs yazısı Ermənistan xüsusi xidmət orqanlarının tələm-tələsik və qeyri-peşəkar hazırladığı növbəti uydurmadır. Səs yazısını dinlədikdə onun hazırda gedən döyüş əməliyyatlarına heç bir aidiyyəti olmadığı asanlıqla və aşkar hiss olunur”, – polkovnik qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*