“Rabitəbank”ın rəhbərliyinə yeni təyinat olub.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, bankın audit komitəsinin sədri Abbasov Rəşad Səməndər oğlu və audit komitəsinin müstəqil üzvü Baxşəliyev Zaur Müşfiq oğlu Müşahidə Şurasına yeni üzv seçilib. Bununla da bankın MŞ-nin tərkibi sədr Zakir Nuriyevlə birlikdə beş nəfərdən ibarət olub.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.