“Bu şəxslərə SMS icazə tətbiq olunmaya bilər” – AÇIQLAMAbackend

“Bu şəxslərə SMS icazə tətbiq olunmaya bilər” - AÇIQLAMA

“Hökumət sərtləşdirilmiş xüsusi karantin rejiminə keçməyə məcbur olsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq oluna bilər”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, dövlət vaksinasiya prosesində yaxından iştirak etmiş və zamanında peyvənd strategiyasına və taktikasına uyğun şəkildə vaksinasiya olunmuş insanlara pandemiya ilə bağlı məhdudiyyətlərdən daha rahat yan keçməsində simulyasiya edəcək:

“Belə ki, vaksinasiya olunmuş insanlar ASAN Xidmət mərkəzlərindən rahat şəkildə yararlana biləcək. SMS icazə, eləcə də bölgələrə səfərlər, ölkədən çıxmaq və s. kimi məhdudiyyətlər tətbiq olunarsa, bu insanlara şamil olunmaya bilər. Bununla yanaşı, vaksinasiya olunmuş insanlar planlaşdırıla bilən ictimai tədbirlərə də maneəsiz qatıla bilər.

Dünya praktikasında da peyvənd pasportu verilən şəxslərə beynəlxalq səyahət agentliklərində sərbəst səyahət imkanlarının tanınmasını müşahidə edirik. Ümumiyyətlə, vaksinasiya prosesində hər kəsin iştirakı təkcə könüllülük prinsipi ilə yox, həm də bir vətəndaşlıq borcu kimi qiymətləndirilməlidir. Çünki bununla həm öz sağlamlığımızı qoruyuruq, həm də insanları riskdən və təhlükədən sığorta etmiş oluruq”.Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*