ABŞ-ın “Alphabet İnc” holdinqi “Trilyonçular Klubu”na daxil edilib.
KONKRET.az-ın sonxeber.az-a istinadən veridiyi məlumata görə, şirkətin sərmayəsi ilk dəfə olaraq 1 trilyon dolları ötüb. Bu holdinqin tərkibinə “Google” şirkəti də daxildir.
Dünən axşam keçirilən hərrac zamanı “Alphabet” səhmləri 0.87% artaraq 1451.7 dollar olub. Bu isə holdinqə dünyanın digər üç trilyonçusu ilə eyni cərgədə dayanmağa kömək edib.
İlk üçlükdə Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətidir. Bu şirkətin səhmləri dünən 1.85 trilyon dollar olub.
Sonra isə 1.41 trilyon dollarla “Apple” və 1.25 trilyon dollarla “Microsoft” şirkəti gəlir.
“Alphabet” şirkəti 2015-ci ildə yaradılıb.
