Bu tarixdən metroda 30 manat cərimələnə bilərsinizbackend

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.

KONKRET.az xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar.

Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: “Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*