Bu tarixdən qurbanlıq heyvanları onlayn da ala biləcəksiniz – VİDEObackend

Bu tarixdən qurbanlıq heyvanları onlayn da ala biləcəksiniz - VİDEO

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi yerləri fəaliyyət göstərəcək. Məqsəd insanların sıx toplaşmalarının qarşısını almaq, kəsim məntəqələrində sanitar qaydalara əməl etmək və satılan heyvanların sağlamlığını yoxlamaqdır. Bundan əlavə, iyulun 16-dan etibarən qurbanlıq heyvanların onlayn satışı da mümkün olacaq.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, Qurban bayramı yaxınlaşdığından qurbanlıq heyvanların satışı və kəsimi yerləri də müəyyənləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə xüsusi ünvanlar ayırıb. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları http://www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla əldə etmək olar.

Vətəndaşlar qurbanlıqları onlayn qaydada da sifariş edə biləcəklər. Bu zaman onlar sifariş verdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürəcəklər. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*