Bu təhlükə işıq sürəti ilə yayılır – Quterreşbackend

Bu təhlükə işıq sürəti ilə yayılır - Quterreş

BMT-də koronavirusa qarşı vaksinin hazırlanması zamanı əməkdaşlıq məsələlərinə həsr edilən yüksəksəviyyəli görüş keçirilir. Görüş “COVİD-19 pandemiyasının sonunu yaxınlaşdırmaq” şüarı altında təşkil olunur.

KONKRET.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş koronavirus testlərinin, dərman və vaksininin hazırlanması və paylanmasını sürətləndirə biləcək ACT-Accelerator mexanizminin vacibliyindən söz açıb.

Baş katib COVİD-19 pandemiyasını qlobal həmrəyliyin ən ciddi sınağı adlandırıb:

“Virusu yalnız birləşərək məğlub edə biləcəyimizi başa düşmək üçün dərin ağıl lazım deyil. COVİD-19 bütün dünyada insanları və iqtisadiyyatları təhdid edir. Bu təhlükə işıq sürəti ilə yayılır”.

O, COVİD-19-dan ölənlərin sayının bir milyonu keçdiyini xatırladaraq deyib:

“Yoluxma halları artmaqdadır və bir çox ölkədə ikinci dalğanın həyəcanverici əlamətlərini görürük”.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*