Bu üçlüyün fəaliyyətini yenidən bərpa edək – Estoniyabackend

Bu üçlüyün fəaliyyətini yenidən bərpa edək - Estoniya

Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Prezidenti Eqils Levits, parlamentin spikeri İnara Murnietse və Baş nazir Edqars Rinkeviç ilə görüşüb.

KONKRET.az xəbər verir ki, estoniyalı nazir Urmas Reynsalu keçirilən görüşlərdə “Baltik üçlüyü”nün fəaliyyətini yenidən bərpa etməyə, başqa sözlə desək, Baltikyanı ölkələr arasında hərəkət məhdudiyyətlərinə vahid yanaşmağa və COVİD-19 ilə bağlı epidemioloji vəziyyətin imkan verdiyi təqdirdə bu məhdudiyyətlərin yumşaldılması barədə razılığa gəlməyə çağırıb.

İclaslarda hər iki tərəf xarici siyasət məsələlərinə xüsusi diqqət yetirib. Xüsusilə, Latviyanın 2026–2027-ci illərdə iki il müddətinə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük əldə etmək istəyi müzakirə olunub.

Görüşlərdə, həmçinin Dağlıq Qarabağdakı vəziyyət də müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*