Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 265 manat kompensasiya ödəniləcək.
KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik edib.
