Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktorun müavini təyin olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyidən (TƏBİB) məlumat yayıb.
Belə ki, təyinatla bağlı TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, həkim Nicat Kərimov Respublika Klinik Uroloji Xəstəxanasının direktorunun müavini təyin olunub.
