“Areni-Yelpin dövlətlərarası yolunun bir hissəsi hələ Artak Davtyanın dövründə azərbaycanlıların birbaşa nəzarəti altında olub”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu cür sensasion açıqlama ilə erməni jurnalist Edik Baqdasaryan çıxış edib.
O bildirib ki, azərbaycanlılar 2018-ci ilin mayında Yelpin kəndinin atəşə tutulduğu ərazidə məskunlaşıblar: “O vaxt Artak Davtyan bizim korpusun komandiri idi. Azərbaycanlılar neytral zonada mövqelərini irəli çəkdilər və böyük bir ərazi onların nəzarətinə keçdi. Areni-Yelpin dövlətlərarası yolunun bir hissəsi hücuma məruz qaldı. Bundan bir neçə gün sonra Nikol Paşinyan Artak Davtyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin etdi”, – deyə Edik Baqdasaryan vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
