Bu yolda hərəkət məhdudlaşdırılırbackend

Bu yolda hərəkət məhdudlaşdırılır

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də hərəkət məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 30 may saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*