“Buçadan yayılan görüntülər ABŞ-ın təlimatı ilə hazırlanıb” – Zaxarova Ukraynadakı qətliamı ŞƏRH ETDİbackend

"Buçadan yayılan görüntülər ABŞ-ın təlimatı ilə hazırlanıb" - Zaxarova Ukraynadakı qətliamı ŞƏRH ETDİ

“Provokasiyanın ustadı kimdir? Əlbəttə ki, NATO və ABŞ!”.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Buça şəhərindən yayılan qətliam görüntülərini şərh edən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, Buçadan yayılan görüntülər ABŞ-ın təlimatı ilə Rusiyanı günahlandırmaq üçün hazırlanmış oyundur.

Rusiya Müdafiə Nazirliyi isə Buçadakı qətliamı “Ukraynanın son provakasiyası”, “Kiyev rejiminin saxta görüntüləri” adlandırıb.

Xatırladaq ki, Ukraynanın Buça şəhəri bir neçə gün öncə işğaldan azad edilib. Şəhərə daxil olan Ukrayna hərbçiləri dəhşətli mənzərə ilə üzləşiblər. Məlumata görə, hərbçilər dinc sakinlərin əlləri arxadan bağlanılmış meyitlərini tapıblar. Onların bədənlərində işgəncə izləri aşkarlanıb. Rusiya ordusu Buçadan çıxarkən yaşayış məntəqəsinin hüdudları daxilində mülki tikililəri, infrastruktur obyektlərini və digər əraziləri minalayıb. Qətliamı ABŞ, Fransa, Almaniya və Avropa İttifaqı kəskin qınayıb. Fransa Prezidenti Emmanuel Makron Rusiyanın bu cinayətə görə, mütləq cavab verəcəyini bildirib.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*