Buçanı rus qoşunlarından azad edən Ukrayna ordusu şəhərdə DƏHŞƏTLİ MƏNZƏRƏ İLƏ ÜZLƏŞDİ – FOTObackend

Buçanı rus qoşunlarından azad edən Ukrayna ordusu şəhərdə DƏHŞƏTLİ MƏNZƏRƏ İLƏ ÜZLƏŞDİ - FOTO

Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Buça şəhərini rus ordusundan azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı (AFU) Facebook-da məlumat yayıb. Rus hərbçiləri şəhərdə qandonduran qətliamlar törədiblər.

Şəhər ərazisinə baxış zamanı binalardan birinin həyətində qətlə yetirilmiş edilmiş yerli sakinlərin, bəzilərinin əlləri bağlı meyitləri aşkar edilib.

Kiyev yaxınlığındakı Buçadan geri çəkilmə zamanı rus qoşunları mülki tikililərin və ərazinin minalanması ilə məşğul olub.

“Rusiya işğalçı qoşunları Buça şəhərindən geri çəkilərkən yaşayış məntəqəsinin hüdudları daxilində mülki tikililərin, infrastruktur obyektlərinin və ərazilərin minalanması həyata keçirilib”.

Şəhər ərazisinə baxış zamanı binalardan birinin həyətində edam edilmiş yerli sakinlərin, bəzilərinin əlləri bağlı meyitləri aşkar edilib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*