“Son seçkilər nəticəsində Ermənistanın baş naziri Nikol Paşinyan siyasi meyitə çevrilib”.
KONKRET.az xəbər verir ki, bu sözləri ictimai xadim Naira Zöhrabyan deyib.
Onun sözlərinə görə, son seçkilər Ermənistanın tarixində rekorda çevrilib, çünki ən aşağı seçici fəallığı qeydə alınıb. Zöhrabyan seçicilərin bu münasibətini boykot hesab edib.
Onun sözlərinə görə, hakim qüvvə səsvermə hüququna malik İrəvan sakinlərinin ümumi sayının 9%-dən bir qədər çoxunu qazanıb.
“Səslərin bu səviyyəsi sırf inzibati resurslardan istifadə etməklə təmin olunub, onsuz səslərin payı daha da aşağı olacaqdı”, – deyə Zöhrabyan bildirib.
O deyib ki, son seçkilər baş nazir üçün legitimliyin son itkisi oldu.
“Bundan sonra Nikol qeyri-legitimdir və buna görə də Ermənistan Respublikası adından danışmaq hüququ yoxdur. Əvvəllər baş nazir öz addımlarına haqq qazandırmaq üçün 2021-ci il seçkiləri zamanı aldığı vətəndaşların etimadı mandatını əsas gətirirdi. Ötən günki seçkilər Paşinyanın artıq etimad mandatının olmadığını göstərdi”, – deyə Zöhrabyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az