“Müharibədən sonrakı dövrdə “Artsax”ın əsas problemlərindən biri də odur ki, indiki çətin vəziyyətdə dövlət qurumları necə hərəkət edəcəklərini bilmirlər və bu barədə heç bir hesablamaları yoxdur”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan deyib.
“Dövlət idarəçiliyi sistemində əsas vəzifələrdə böhran şəraitində fəaliyyət göstərə bilməyən fiqurlar çoxdur. Çox şey Ermənistan hakimiyyətinin devrilməsinin nə qədər tez mümkün olacağından asılıdır. Çünki bunsuz “Artsax” və Ermənistanın süqutunun qarşısını almaq mümkün deyil” – Abramyan vurğulayıb.
“Bizim əsas problemlərimiz daxilidir: ideoloji iflasdan tutmuş Ermənistanın maraqlarına xidmət etməyən hakimiyyətin mövcudluğuna qədər bütün problemlər var. Digər məsələlər Ermənistan reallığında siyasi uyğunlaşma qədər təhlükəli deyil” – Abramyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
