Burada pitonların sayı bir neçə yüz mini keçib – FOTOLARbackend

Burada pitonların sayı bir neçə yüz mini keçib - FOTOLAR

Birman pitonları demək olar ki Florida bataqlığındakı bütün canlıları həzm-rabədən keçiriblər. Yenotlar, bataqlıq dovşanları və digər kiçik istiqanlı heyvanlar yoxa çıxıblar. Bu kiçik canlılar yarmadanın dörddə birini əhatə edən və “əbədi bataqlıq” kimi bilinən Everqleyds Milli Parkından da yoxa çıxmaq üzrədirlər. Məhşur “Smitsonsmag” jurnalının məlumatına görə, Florida bataqlığının sükuta qərq olmasının əsas səbəbi burada geniş yayılan Birman pitonlarıdır ki, onların da təxmini sayı bir neçə yüz minə çatır. Bu pitonların insana qarşı olan xarakterik reaksiyası insan görərkən gizlənməsi və hiss olunmadan yoxa çıxmasıdır. Alimlərin araşdırmalarına görə, Everqleys pitonları ekzotik heyvanlar fəsiləsindəndir.

Onları bu parka 90-cı illərdə artım üçün gətiriblər və elə ilk populyasiyaları da bu ərəfəyə təsadüf edib. Son 25 il ərzində onlar demək olar ki, əldə edə bildikləri bütün canlıları yeyiblər. Bu heyvanların ağız hissəsi tamamilə dolu olduğu halda həzm edərkən belə nəfəz almağa qadirdilər. Onların bu Florida bataqlığındakı potensial qurbanları da çox sayda yerli heyvanlar olub. 2013-cü ildə aparılan tədqiqatlardan bəlli olub ki, üzərinə radioötürücü quraşdırılan və sınaq üçün əraziyə buraxılan bataqlıq dovşanlarının 77 faizi elə həmin il bu pitonlar tərəfindən yeyilib.

Alimlərin fikrinə görə, bu ilanlar Florida Milli Parkının həşərat və kiçikölçülü heyvanlarının 90-99 faiz azalmasına birbaşa məsuliyyət daşıyır. Pitonların ov qaydası belədir; onlar pusqu qurur və ani olaraq qurbanlarının boğaz və baş nahiyəsindən yapışaraq onları diri-diri udurlar və qurbanlar artıq ilanın daxilində olürlər. Palentoloqların fikrinə görə, Birman pitonlarının çoxalma mərhələsi dekabr ayından marta qədər olur və bir dəfəyə 12 yumurta qoya bilirlər.

Yeni doğulmuş pitonun ölçüsü 60 santimetrdən çox olmur, böyumə formasına gəldikdə isə onlar 6 metrə qədər uzana bilirlər və çəkiləri 90 kiloqrama qədər yüksəlir. Yeri gəlmişkən, bu ilanlar planetin ən boyuk ilanları siyahısında da qeydiyata alınıb. Bu piton ilanlar uğurla bu ərazilərə uyğunlaşıblar və Floridanı öz evlərinə çeviriblər. Alimlər də artıq etiraf edirlər ki, bu növü yox etmək, ümumiyyətlə, mümkün deyil. Floridalılara da bununla barışmaqdan savayı bir şey qalmır…

Tərcümə etdi: Elman Şirməmmədov

 

Bir cavab yazın