“Bürclər məsələsində ifrata varmaq insanın cahilliyindən irəli gəlir” – Astroloqdan AÇIQLAMAbackend

"Bürclər məsələsində ifrata varmaq insanın cahilliyindən irəli gəlir" - Astroloqdan AÇIQLAMA

Son dövrlərdə bütün dünyada astrologiya elminə maraq xeyli artıb. Demək olar ki, hər kəs gündəlik bürc analizlərini oxuyur, işlərini və planlarını bu proqnozlar əsasında müəyyən edir. Hətta bu məsələnin ifratına varanlar da çoxdur. Belə ki, ailə həyatı quracağı şəxsi və digər həyati qərarlarını astrologiyaya əsasən təyin edən insanların sayı az deyil.

Bəs görəsən, bu sahədə ifratçılığın hansı mənfi təsirləri var?

Mövzu ilə bağlı KONKRET.az-a danışan astroloq Səbuhi Rəhimli bildirib ki, təkcə astrologiyada yox, bütün məsələlərdə ifrata varmaq insanın zəifliyindən və cahilliyindən irəli gəlir:

“Çünki ancaq zəif insanlar nə görsələr, ona ümid edir. Astrologiya insan həyatının 30 faizini təşkil edir. Xüsusilə qarşılıqlı münasibətləri sırf astrologiyaya bağlamaq olmaz. Sevgi ruhsal bağlılıqdır. Fərdi horoskop isə xəritə analizləri əsasında təyin edilir. Doğum saatını bilməklə doğum xəritəsinə baxmaq olar. Burada təkcə həmin şəxsin yox, ailə və ya müqavilə bağlayacağı insanların xəritəsinə də baxmaq lazımdır. Münasibətlərin nə dərəcədə uğurlu yaxud uğursuz olacağını yalnız bu halda bilmək olar. Astrologiya elmi münasib zaman kəsiyində daha mənfəətlə çıxmağa, uğursuz zaman kəsiyindən minimal itki ilə çıxmağa yardım edə bilir. Lakin əsas məsuliyət bütün hallarda fərdin üzərindədir. Mətbuatda yazılan gündəlik bürc proqnozları elmə əsaslanır. Lakin bu proqnozlar 15-20 faizdən çox özünü reallaşdıra bilməz. Çünki onlar fərdi deyil, ümumi məlumatlardır”.

Psixoloq Nərgiz Süleymanlı isə qeyd edib ki, həyatını astrologiyaya kökləyən insanlarda depressiv hallar müşahidə edilir:

“Astrologiya və psixologiya qədim zamanlardan bir-birinə oxşar sahələr kimi qəbul edilir. Lakin elmi tərəfdən bunun heç bir sübutu yoxdur. Sadəcə hər iki sahə insan haqqında detalları işləyir. Buna görə də iki mövzu çox zaman qarışdırılır. Ancaq həyati qərarları verərkən astroloji bilgilərə ifrat dərəcədə önəm vermək müəyyən vaxtdan sonra bəzi problemlərə yola aça bilir. Psixololoji cəhətdən mükəmmələ köklənən insan çox zaman gözləntisindən fərqli bir şeylər yaşayır. Çünki astrologiya reallığı qismən uyğun gələ bilər. Bu zaman da həmin şəxslərdə depressiv hallar özünü göstərir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*