Bütün ermənilərin katolikosu tarixdə ilk dəfə məhkəmə qarşısına çıxacaqbackend

Bütün ermənilərin katolikosu tarixdə ilk dəfə məhkəmə qarşısına çıxacaq

Ermənistan tarixində ilk dəfə Bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu gün saat 15:00-da Ermənistanın Armavir vilayətinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Məhkəməsində II Qaregin və altı yepiskop barəsində cinayət işi üzrə ilkin dinləmələr başlayacaq.

Erməni KİV-lərinin məlumatına görə, bu ilin fevralında Ermənistan Baş Prokurorluğu II Qareginə qarşı cinayət işi açıb. Ona ölkədən çıxış qadağan edilib.

Cinayət işi keçmiş din xadimi Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı əsasında başlanıb.

Məlumata görə, katolikosun qərarı ilə Baş nazir Nikol Paşinyanın kilsəyə qarşı kampaniyasına qoşulan yepiskop Arman Saroyan yeparxiya rəhbəri vəzifəsindən azad edilib, Ali Ruhani Şuranın qərarı ilə isə yepiskop rütbəsindən məhrum olunub.

Bundan sonra Saroyan vəzifəsinə bərpa olunması üçün məhkəməyə müraciət edib. Məhkəmə icraçıları Erməni Apostol Kilsəsinə onun fəaliyyətinə mane olmamağı tapşırıb. Daha sonra məhkəmə qərarının icra edilməməsi faktı üzrə İstintaq Komitəsində cinayət işi başlanıb.

Xatırladaq ki, Nikol Paşinyan daha əvvəl II Qareginin katolikosluqdan getməsinin vacibliyini bildirmiş və onu ölkənin təhlükəsizliyi üçün təhdid hesab etdiyini bəyan etmişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*