“Bütün Ukrayna Rusiyanın bir hissəsi olmalıdır”. Onsuz da o qədər sanksiyalar var ki, bizim nə edəcəyimizin heç bir əhəmiyyəti olmayacaq”, – yazıçı, “Ədalətli Rusiya” partiyasının üzvü Zaxar Prilepin.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı yazıçı, “Ədalətli Rusiya” partiyasının üzvü Zaxar Prilepin deyib.
“Bütün Ukrayna Rusiyanın bir hissəsi olmalıdır, onsuz da o qədər sanksiyalar var ki, “nə etməli olduğumuzun fərqi yoxdur” və o zaman Qərblə öz şərtlərinizlə danışa bilərsiniz”, – deyə Prilepin bildirib.
Onun sözlərinə görə, hələ çox faciəli ağır iş görülməlidir, lakin “ağıllı variant var, bu, ən radikal və ən çılğındır”.
“Əlbəttə ki, bütün Ukrayna bu və ya digər şəkildə Rusiyanın tərkibinə yerləşdirilməli və artıq Rusiyanın daxilindən bu ərazilərin yenidən birləşdirilməsinə başlanmalıdır, gələcək muxtariyyət və ya başqa məsələlərini həll edəcəyik”, – deyə Prilepin əlavə edib.
O vurğulayıb ki, Rusiya artıq Qərblə qarşıdurmanın çox yüksək dərəcəsinə çatıb, sanksiya təzyiqləri bir aydan sonra güclənəcək və sonda elə dərəcələrə çatacaq ki, “bizim nə etdiyimizin heç bir əhəmiyyəti olmayacaq”.
Xuraman Etibarlı,
KONKRET.az
