Cahangiri: ABŞ sanksiyalarının son günlərindəyikbackend

Cahangiri:  ABŞ sanksiyalarının son günlərindəyik

İranın Birinci vitse-prezidenti İsaq Cahangiri ölkəsinin ABŞ sanksiyalarının son günlərini yaşadığını söyləyib.

KONKRET.az xəbər verir ki, Cahangiri bu barədə paytaxt Tehranda keçirilən neft sərgisindəki çıxışı zamanı danışıb.

O bildirib ki, ABŞ-ın sanksiyaları səbəbindən ölkənin xarici valyuta gəlirləri 100 milyard dollardan çox azalıb: “ABŞ sanksiyalarının son günlərindəyik. Qış bitdi, İran xalqını yaxşı günlər gözləyir. ABŞ-a qarşı mübarizə aparmaq əvəzinə hökumət qarşısında əngəl yaratmağa çalışanlara isə utanc qaldı”, – Cahangiri qeyd edib.

Sanksiyalara baxmayaraq neft satışlarının dayanmadığını söyləyən rəsmi nitqinə bu cür davam edib: “Son aylarda neft və neft məhsulları ixracatında rekord qırdıq. İranın neft ixracatını sıfıra endirmək istəyən Tramp bilməlidir ki, bu sahədəki ixracatımız əvvəlki illərə nisbətən dörd dəfə artıb”. (publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*