Çavuşoğludan İrəvana gözlənilən səfəri ilə bağlı AÇIQLAMAbackend

Çavuşoğludan İrəvana gözlənilən səfəri ilə bağlı AÇIQLAMA

Çavuşoğlu İrəvana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. O, Ermənistana səfərinin mümkünlüyünü bildirib.

“Ola bilsin ki, Ermənistan xarici işlər naziri Ankaraya, mən isə İrəvana səfər edim”, – deyə Çavuşoğlu məlumat verib.

Türkiyənin xarici işlər naziri “Azərbaycanın bu prosesi dəstəkləməsinin Ankara üçün çox önəmli olduğunu” qeyd edib. Onun sözlərinə görə, keçmişin dərsləri onu deməyə əsas verir ki, Azərbaycanla məsləhətləşmədən radikal addımlar atmaq mümkün deyil və bu, Türkiyə üçün ilkin şərtdir.

“Müharibə bitdikdən sonra Türkiyə müsbət mesajlar verdi. Əgər Ermənistan da bizimlə eyni fikirdədirsə, o zaman Türkiyə və Azərbaycanla sərhədləri açacaqlar, ticarət başlayacaq, logistika məsələləri həll olunacaq. Azərbaycan artıq Ermənistana hərtərəfli sülh sazişi təklif edib”, – deyə Çavuşoğlu vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*