Çayın gündəlik həyatımıza əvəzolunmaz yeri var. Lakin bu içki eyni zamanda orqanizmimizə zərər də verə bilər.
KONKRET.az Söz.az-a istinadla xəbər verir ki, mütəxəssislər ac qarına çay içən insanlara xəbərdarlıq edib.
Aç qarına çay içmək mədəyə zərər verən vərdişdir. Bu vərdiş bəzi insanlarda ürək yanması, ürəkbulanma, mədə ağrısı və ağrıya səbəb ola bilər.
Buna səbəb isə, çayda yüksək miqdarda turşu və kofein olmasıdır.
Mədə həssaslığı olan insanlar ac qarına çay içdikdə dərhal yan təsirləri hiss edə bilərlər. Əgər ac qarına çay içdiyiniz zaman mədədə diskomfort hiss edirsinizsə, o zaman tibbi müayinədən keçməlisiniz.
Çayın daha intensiv və daha uzun müddət dəmlənməsi çayın daha turşulu konsistensiyaya sahib olmasına səbəb olur.
Çay dəmlənərkən konsistensiyanı daha yüngül saxlamaq və daha qısa müddət dəmləmək onun mədəyə təsirini azaldır.