Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov Aleksey Navalnının Rusiyaya qayıtması ilə bağlı vəziyyəti şərh edib.
KONKRET.az xəbər verir ki, bu haqda RİA Novosti məlumat yayıb.
Müxalifətçinin həbsindən danışan Kreml sözçüsü vurğulayıb ki, Navalnı xaricdə müalicə olunduğu müddətdə Federal Penitensiar Xidmət (FSIN) ona qarı anlayış göstərsə də, siyasətçi xəstəxanadan çıxandan sonra suallar meydana çıxdı.
Bundan əlavə, Peskov Putinin guya Navalnıdan çəkinməsi ilə bağlı irəli sürülən iddiaları cəfəngiyat adlandırıb.
“Təbii ki, bu əsl cəfəngiyatdır”,- deyən Peskov, qeyd edib ki, blogerin ətrafında baş verən olaylar prezidentin xüsusi diqqətinə layiq deyil.
Dmitri Peskov, blogerin saxlanılması və həbsi ilə bağlı Qərb ölkələrinin bəyanatlarına da reaksiya verib və Kremlin onları dinləmək niyyətində olmadığını bildirib. (sfera.az)
