Cəfər Cabbarlı meydanı boşaldılır – NİYƏ?backend

Cəfər Cabbarlı meydanı boşaldılır - NİYƏ?

Bakının “28 May” metrostansiyasi yaxınlığına yerləşən Cəfər Cabbarlı meydanı boşaldılır.

KONKRET.AZ xəbər verir ki, sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, sözügedən meydanda “fast food” yeməkləri satan iki səyyar obyektdən biri götürülüb, digəri isə bağlıdır. Xırda alverlə məşğul olan səyyar ticarətçilər də yoxdur.

Meydandakı qəzet köşkündən bəzilərinin satıcıları təsdiq etdi ki, onlara dekabrın 10-dək ərazini tərk etməyə vaxt verilib. Satıcılardan biri isə dedi ki, Bakı Nəqliyyat Agentliyi (BNA) meydanda yenidənqurma işi aparacaq. Bildirilib ki, BNA növbəti Nəqliyyat Mübadilə Mərkəzini Cəfər Cabbarlı meydanı ətrafında yaratmağı planlaşdırır.

Yeni Sabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*