Qazaxıstan Rusiyanın müttəfiqi deyil, artıq bu fikrə alışmağın vaxtı çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə REGNUM informasiya agentliyinə Rusiya Dövlət Humanitar Universitetinin beynəlxalq münasibətlər, siyasi elmlər və xarici regionşünaslıq fakültəsinin dosenti, tarix elmləri namizədi Vadim Truxaçev bildirib.
“Gəlin Prezident Kasım-Jomart Tokayevin nə deyəcəyini gözləyək. Amma onun susması çox böyük suallar doğurur. Ümumiyyətlə, bu, Qazaxıstanın nə dərəcədə Rusiyanın müttəfiqi sayıla biləcəyi sualını doğurur”, – deyə ekspert bildirib.
Truxaçev hesab edir ki, Tokayevin bütün siyasəti Rusiyanın yalnız tərəfdaş və yol yoldaşı olduğunu göstərir.
“Əlbəttə ki, bu, həm Aİ, həm də KTMT-ni sarsıdır. Amma yaxşı olar ki, çəhrayı eynəklərini çıxarıb Qazaxıstanı olduğu kimi görsünlər. Təbii ki, düşmən deyil, amma açıq-aşkar müttəfiq də deyil”, – deyə politoloq yekunlaşdırıb.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Timur Suleymenov respublikanın anti-Rusiya sanksiyalarının tələblərinə əməl edəcəklərini açıqlayıb.
Xuraman Etibarlı,
KONKRET.az
