“Cəlal Arutyunyanı mühakimə etməzdən əvvəl Nikol Paşinyan mühakimə olunsun”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan deyib.
“Əgər Qarabağın “müdafiə ordusunun” keçmiş komandiri Cəlal Arutyunyan mühakimə olunursa, o zaman ilk növbədə qərarı təsdiqləyən Nikol Paşinyan mühakimə olunmalıdır. Cənub istiqamətində əməliyyatın təşkili ilə bağlı Cəlal Arutyunyana qarşı açılan cinayət işinin birinci hissəsinə gəlincə, bu qərar qəbul edilən zaman baş komandan kimi Nikol Paşinyan şəxsən iştirak edib”, -deyə Akopyan bildirib.
Akopyanın sözlərinə görə, komandirləri öz qərarlarının nəticələrinə görə mühakimə yürütmək olmaz, çünki bu, hələ ki, 100% icra demək deyil. Əməliyyatın planlaşdırıldığı kimi getmədiyi bir çox hallar var. Buna görə də, müharibə daim idarə olunur, həmişə qərar verilmir və kənara çəkilirlər.
Xuraman Etibarlı,
KONKRET.az
