Cəlilabadda idarələrə məxsus nəqliyyat vasitələri toqquşdu – Xəsarət alanlar varbackend

Cəlilabadda idarələrə məxsus nəqliyyat vasitələri toqquşdu - Xəsarət alanlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, qaz idarəsinə məxsus yük avtomobili yol idarəsinə məxsus traktorun qoşqusuna çırpılıb.

Qəzada Astara rayon sakinləri-Ramin İmanverdiyev, Abbas Qədirov və Cəlilabaddan olan Aydın Paşayev xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

İlkin ehtimala görə, qəzaya səbəb avtomobilin əyləcində yaranan nasazlıq olub.

Faktla bağlı araşdırma aparılır.



Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*