Cəlilabadda yeni doğulan körpəyə şəhid atasının adı verildibackend

Cəlilabadda yeni doğulan körpəyə şəhid atasının adı verildi

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Xəqani Fətiyevin oğlan övladı dünyaya gəlib.

KONKRET.az-ın məlumatına görə, körpəyə atasının adı verilib.

X.Fətiyev şəhidin beşinci övladıdır.

Qeyd edək ki, Xəqani Fətiyev 1989-cu ilin iyunun 30-da Cəlilabad rayonunun Adnalı kəndində anadan olub.

O, 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb.

Kiçik çavuş X.Fətiyev 2020-ci ilin sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O, elə Vətən müharibəsinin başladığı ilk gündə şücaət göstərərək qəhrəmanlıqla şəhid olub.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla X.Fətiyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*