“Çelsi” 77 milyon avroluq transferini AÇIQLADIbackend

"Çelsi" 77 milyon avroluq transferini AÇIQLADI

İngiltərənin “Çelsi” klubu “Brayton”dan ispaniyalı futbolçu Mark Kukurelyanı transfer edib.

KONKRET.az xəbər verir ki, London təmsilçisinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, 24 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

İddiaya görə, “zadəganlar” bu keçid üçün qarşı tərəfə ümumilikdə 77 milyon avro ödəniş edəcək.

Qeyd edək ki, Mark Kukurelya ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*