“Çelsi”nin yeni sahibləri bəlli oldubackend

"Çelsi"nin yeni sahibləri bəlli oldu

İngiltərənin “Çelsi” klubunun yeni sahibləri bəlli olub.

KONKRET.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtləri razılaşdırıb.

Yatırılan ümumi sərmayənin 2,9 milyard avrosu “zadəganlar”ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.

Bundan əlavə, yeni sahiblər kluba əlavə 2 milyard avro investisiya qoyacaqlar. Satışın mayın sonunda tam başa çatacağı gözlənilir.

Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən funksioner fevralın 26-da klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*