Cəmil Məmmədlinin məhkəməsinin vaxtı bəlli oldubackend

Cəmil Məmmədlinin məhkəməsinin vaxtı bəlli oldu

Jurnalist Cəmil Məmmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə mayın 29-da baxılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı jurnalistin vəkili Fariz Namazov verib.

Onun sözlərinə görə, işə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baxılacaq.

Cəmil Məmmədli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 12 gün müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

Jurnalistə ittiham olunduğu 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələr üzrə bəraət verilib. (Qaynarinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*