Çempionlar Liqasının oyununda azarkeş olmayacaqbackend

Çempionlar Liqasının oyununda azarkeş olmayacaq

Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın “Valensiya” klubu ilə İtaliya “Atalanta”sı arasındakı cavab oyunu azarkeşsiz keçiriləcək.

KONKRET.az klubun  rəsmi saytına istinadən xəbər verir ki, UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərarı qəbul edib.

Klubun açıqlamasında o da bildirilib ki, səfər oyununa bilet əldə etmiş azarkeşlər pullarını geri ala bilərlər.

Qeyd edək ki, İspaniyada koronavirusa 248 yoluxma halı aşkarlanıb. Onlardan 3-ü dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*