Bu gün parlamentdə Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisinin itkin düşməsi ilə bağlı təfərrüatları öyrənməyə çalışan jurnalistlərin suallarını cavablandırmayıb.
KONKRET.az xəbər verir ki, jurnalistləri xüsusilə bu suallar maraqlandırıb: “Cənab nazir, niyə hərbçilər yoxa çıxıb və bu, nə vaxta qədər davam edəcək?”, “Cənab Papikyan, siz niyə KTMT-nin iclasında iştirak etmədiniz?”.
Müdafiə naziri heç bir suala cavab vermədən liftə minərək çıxıb gedib.
Erməni mediası xatırladır ki, mayın 26-da saat 19:00-da Ermənistan Respublikasının döyüş mövqelərinə ərzaq çatdıran Silahlı Qüvvələrin 2 hərbi qulluqçusu ilə rabitə əlaqəsi kəsilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
