Cənubi Koreya Ukraynaya 800 min dollar dəyərində hərbi ləvazimatlar GÖNDƏRDİbackend

Cənubi Koreya Ukraynaya 800 min dollar dəyərində hərbi ləvazimatlar GÖNDƏRDİ

Cənubi Koreya Ukraynaya 800 min dollar dəyərində qeyri-öldürücü hərbi texnika göndərib.

KONKRET.az xəbər verir ki, dünyanın inkişaf etmiş ölkələri Rusiyanın təcavüzünə müqavimət göstərmək üçün Ukraynaya hər cür köməklik göstərirlər. Onlar maliyyə, avadanlıq və silah verirlər.

Məsələn, Reuters-in məlumatına görə, ABŞ bu yaxınlarda Ukraynaya əlavə 200 milyon dollarlıq silah göndərilməsini təsdiqləyib. İndi isə Cənubi Koreya ölümcül olmayan hərbi yükün göndərildiyini elan edib.

CNN portalının məlumatına görə, bu təşəbbüs Cənubi Koreyanın Müdafiə Nazirliyinin bugünkü brifinqində məlum olub. Spiker bildirib ki, Ukraynaya gülləkeçirməz dəbilqə, çadır, isti geyim, yorğan, ilkin tibbi yardım çantası, dərman preparatları və uzun müddət saxlanılan hərbi ərzaq bağlamaları göndəriləcək.

Yüklərin çatdırılmasının logistika məsələləri hazırda həll olunur. Yardım ölkəyə 800 min dollara başa gələcək.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreya öz əsgərlərini Ukrayna tərəfində döyüşməyə göndərməyəcəyi və silahla təmin etməyəcəyi barədə qərar verib. Bu qərarı prezident verib və Müdafiə Nazirliyi onu dəstəkləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*