Cərrah səhvən xəstənin gözünü çıxartdıbackend

Cərrah səhvən xəstənin gözünü çıxartdı

Slovakiyada oftalmoloq cərrah xəstənin yanlış gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib.

Həkimə müraciət edən kişi kor gözünü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib. Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah işdən uzaqlaşdırılıb.

Xəstəxanada həmçinin göz klinikasının əməkdaşlarını əməliyyatdan əvvəl hazırlıq üzrə yenidən hazırlayıblar. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*