Ceyhun Bayramov ATƏT sədri ilə bu məsələləri MÜZAKİRƏ ETDİbackend

Ceyhun Bayramov ATƏT sədri ilə bu məsələləri MÜZAKİRƏ ETDİ

“Polşanın ATƏT-də sədrliyi mürəkkəb bir vaxta təsadüf edir. Bu gün biz ATƏT-də, Ukrayna və Ukrayna ətrafında olan məsələləri müzakirə etdik”.

KONKRET.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Humanitar böhran və bu kimi məsələlər də müzakirə mövzusu oldu. Bölgəmizlə bağlı məsələləri də müzakirə etdik”, – nazir vurğulayıb.

“Bizim bugünkü görüşümüz də 31 mart tarixinə təsadüf edir. 1918-ci ildə azərbaycanlılar qətlə yetirilib. 100 ildən artıq olan müddətdə etnik zəmnində həyatını itirən insanlarımızın xatirəsini yad etmək istəyirəm”, – C.Bayramov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*