Ceyhun Bayramovla Lavrov arasındakı görüşlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Ceyhun Bayramovla Lavrov arasındakı görüşlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan nazir Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*